Suriyada Bəşər Əsəd rejiminə dəstək verən İran və Rusiya qüvvələri arasında Hələb və Deyr əz-Zor bölgələrində atışma olub.
Atışma nəticəsində 2 İran əsgəri ölüb, 4 rus əsgəri yaralanıb. Rəsmi açıqlama verilməsə də, yerli mənbələr toqquşmanın olduğunu təsdiqləyib.
Qeyd edək ki, yanvar ayında Rusiyanın dəstəklədiyi “Aslan güclərinin 5-ci birliyi” ilə Bəşər Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi və İranın dəstəklədiyi “4-cü fırla” arasında şiddətli döyüşlər baş vermişdi./publika.az