Kolumbiyanın Boqota şəhərində sərnişin avtobus qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, bu barədə “Tıempo” qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, insident cümə axşamı paytaxtın cənubunda günortadan sonra yerli saatla qeydə alınıb. Sürücü döngədə idarəetməni itirib və avtobus yol kənarına aşıb.
Nəticədə 1 gənc ölüb, 18 sərnişin xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
İlkin məlumatlara görə, qəza əyləcdə yaranan nasazlıq səbəbindən baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Namiq