Tərtərdə maşın aşıb, sürücü və sərnişin xəsarət alıb

23:16 - 17 Aprel 2019 - HADİSƏ

Tərtər rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

 Tərtər-Goranboy-Gəncə avtomobil yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report


 

Xəbər xətti