Ağdamda körpəsini boğub öldürən ana ilə bağlı cinayət işi açılıb

12:28 - 17 Aprel 2019 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) körpəsini boğub öldürən ana ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti