Bakıda 48 yaşlı kişini naməlum avtomobil vurub qaçdı

20:46 - 16 Aprel 2019 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib.1971-ci il təvəllüdlü Əfəndizadə Fuad Tofiq oğlu "Qafqaz" otelin qarşısında naməlum avtomobil tərəfindən vurulub.Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti