Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Ş.Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı maşınla yol-nəqliyyat hadisəsi törədib. Qəza zamanı piyada Səkinə Ramazanova hadisə yerində dünyasını dəyişib. İki avtomobilə isə ciddi ziyan dəyib. Ş.Mikayılov isə qəzadan sonra hadisə yerindən qaçıb.
Xatırladaq ki, Ş.Mikayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb./report