Binəqədidə yaşayış binasında yanğın olub

17:57 - 16 Aprel 2019 - HADİSƏ

Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binası yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti