İsraildə yeni təbii qaz yatağı aşkar olundu

12:04 - 16 Aprel 2019 - DÜNYA

Yunanıstanın “Energean” enerji şirkəti İsrail sularında apardığı kəşfiyyat işləri nəticəsində təbii qaz ehtiyatları aşkar edib.

 “Kariş” yatağı İsrailin şimal sahilindən 120 kilometr məsafədə yerləşir. İlkin hesablamalara görə, yataqda 28 milyarddan 42 milyard kubmetrədək qaz ehtiyatları mövcuddur.

Qeyd olunur ki, bölgədə qazma işləri martın 15-də başlayıb və 4880 metr dərinliyədək çatıb./trend

Xəbər xətti