Sürücünün diri-diri yanmasına səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib

10:43 - 16 Aprel 2019 - HADİSƏ

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 25-nə təyin edilib. Xatırladaq ki, hadisə 2016-cı ilin avqustun 16-da baş verib. 1980-ci il təvəllüdlü Zaur Əsgərovun idarə etdiyi “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus MAN markalı məişət tullantıları daşıyan maşınla markası məlum olmayan avtomobil toqquşub. Yol-nəqliyyat hadisənin nəticəsində avtomobil yanıb, sürücüsü isə ölüb. Yanaraq ölən sürücünün Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Azər Adil oğlu Məmmədov olduğu müəyyən edilib. (ONA)

Xəbər xətti