Bakıda intihar hadisəsi baş verib.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 2000-ci il təvəllüdlü Rəhman Rəsulov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.