Bərdə rayonunda intihar hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon icra hakimiyyətinin binası yaxınlığında qeydə alınıb. Hazırda intihar edən şəxsin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.