Sudanın müdafiə naziri vəzifəsindən azad edilib

01:49 - 15 Aprel 2019 - DÜNYA

Sudanın müvəqqəti hərbi şurası keçmiş müdafiə naziri Avad ibn Aufu və təhlükəsizlik xidmətinin rəhbəri Salah Kuşu vəziflərindən azad edib və təqaüdə göndərib. Trend-in məlumatına görə, bunu şuranın rəsmi nümayəndəsi Şəmsəddin Kabaşi İbrahim deyib. Qeyd edək ki, məhz Avad ibn Auf aprelin 11-də ölkənin sabiq prezidenti Ömər əl-Bəşirin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib və müvəqqəti şuraya başçılıq edib. Rəsmi nümayəndə deyib ki, təhlükəsizlik sisteminin yenidən qurulması üzrə yeni tədbirlər görülür.

Xəbər xətti