Rusiyanın Ukraynadakı səfirliyinin qarşısında partlayış baş verib.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, paytaxt Kiyevdə Solomensk rayonunda yerləşən səfirliyin binası qarşısındakı partlayışa səbəb Cənub-Qərb dəmir yoluna məxsus yüksək gərginlikli kabel xəttində yaranmış boşluq olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.