Gəncə şəhərində körpə ölümü baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə Regional Perinatal Mərkəzdə qeydə alınıb. Belə ki, Daşkəsən rayonunda yaşayan 19 yaşlı Sona Hamil qızı Ələkbərova həmin xəstəxanada qeysəriyyə yolla oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir müddət sonra körpə dünyasını dəyişib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.