Bakıda qadın onu döyən ərini bıçaqladı- Məhkəmə işi

12:54 - 13 Aprel 2019 - HADİSƏ

Ərini bıçaqlamaqda təqsirli bilinən Gülnaz Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 17-nə təyin olunub.

Qeyd edək ki, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu həyat yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi əri E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.

Xəbər xətti