Aprelin 12-də Bakının Binəqədi rayonunda keçmiş məhbuslar arasında dava düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Nəriman Nərimanov küçəsində insanların gözü önündə 48 yaşlı Almasi Tərlan Mirəhmdə oğluna bıçaq zərbələri endirilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırma zamanı məlum olub ki, Almasi narkotik vasitənin saxlanılmasına görə əvvəllər məhkumluq həyatı yaşayıb. Cinayəti törədən şəxsin də kimliyi müəyyən edilib – 47 yaşlı Qasımov Tuqay Akif oğlu da əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkum olunub.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.