Neftçala rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Qaçaqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Rahim Muradova məxsus yaşayış evi qəflətən yanmağa başlayıb. Ailənin qızının toy mərasimi olduğundan hadisə zamanı evdə heç kim olmayıb.
Yanğın kənd sakinlərinin və Neftçala Rayon Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin əməkdaşlarının köməyi ilə söndürülüb, alovun yarımtikiliyə və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Neftçala Rayon Polis Şöbəsi və FHN tərəfindən araşdırma aparılır./oxu.az