Bakıda narkotik maddə qəbul edən şəxs öldü

10:49 - 11 Aprel 2019 - HADİSƏ

Bakıda 37 yaşlı kişi narkotik maddənin təsirindən ölüb.

Hadisə Bakının Nizami rayonu, C.Naxçıvanski küçəsi 53 ünvanında baş verib. Belə ki, 1982-ci il təvəllüdlü Oqtay Rəhim oğlu Abdullayev narkotik maddə qəbul edib. Narkotik maddənin dozası artıq olduğundan o, dünyasını dəyişib.

Onun daha əvvəl narkotik maddə istifadəsindən məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti