Sürücülərdən bir neçəsi saytımıza yeni radar fotoları göndərib və bildiriblər ki, bu radar Zığ şossesində (Baku Bus-ın yaxınlığı) quraşdırılıb.
Sürücülər bunun hansı formada işləməsi ilə maraqlanır. Əldə etdiyimiz məlumata görə, bu qurğu Azərbaycana gətirilən yeni növ radarlardır. Artıq sınaq rejimində işləməyə başlayıb. Çox güman ki, yaxın zamanlarda ölkənin digər bölgələrində, o cümlədən paytaxtda bu cür radarlardan istifadə olunacaq.
Odur ki, sürücüləri yol hərəkəti qaydalara əməl etməyə, sürət həddini aşmamağa çağırırıq.