Bakıda 26 yaşlı qadın bıçaqlanıb

10:44 - 10 Aprel 2019 - HADİSƏ

Bakıda qadın naməlum şəraitdə bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı yaşadığı evin vanna otağında qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Trend

Xəbər xətti