Bakıda 58 yaşlı kişi gəmidə öldü

21:18 - 9 Aprel 2019 - HADİSƏ

Bakıda gəmidə ölüm hadisəsi baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisinə aid hissəsində baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus "Kunarçay" gəmisinin kran operatorunun köməkçisi işləyən, 1961-ci il təvəllüdlü Qasımov İdris Güləhməd oğlu həmin gəmidə özünəməxsus istirahət otağında qəflətən ürəktutmasından ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçirib, meyit müavinə olunmaq üçün ekspertizaya təqdim olunub.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti