"Bayıl Arena"nın adı dəyişdirildi

18:21 - 9 Aprel 2019 - Xəbər

“Səbail” futbol klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

Stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək. Bununla bağlı “Səbail”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

Xəbər xətti