Nazir Ağcabədidə vətəndaş qəbul keçirəcək

18:05 - 9 Aprel 2019 - Xəbər

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aprelin 19-da Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, qəbul saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a) keçiriləcək.

Qəbulda Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının vətəndaşları iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.

Xəbər xətti