Aprelin 8-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 30-da axşam saatlarında M.Həsənov küçəsində “Jeep” markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aprılır.