ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. “ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.
Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad “Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.