Ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Şorsulu kənd sakini, 53 yaşlı Mübariz Mirzəağa Rəhimovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomaşın həmkəndlisi Böyükağa Ağalar oğlu Miriyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomaşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan “Mitsubishi Pajero”nun sürücüsü qapalı kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./virtualaz.org