Rusiyada yaşayan azərbaycanlı arvadını döyərək öldürüb.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Xabarovsk vilayətinin Amur şəhərində baş verib. Masallı rayonu Xallıcallı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı əri Quliyev Nazim Mahmud oğlu tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Bu barədə məlumat verən İ. Quliyevanın atası Balavər Mirzəyev bildirib ki, qızı ölümündən bir neçə saat əvvəl şəkil çəkdirərək anasına göndərib. İ. Quliyevanın meyiti ailəsinə aprelin 4-ü təhvil verilib. Onun qohumları hadisədə bəzi şübhələr olduğundan meyitin təkrar müayinəsini tələb ediblər.
İ. Quliyeva bu gün Masallı rayonunun Xallicalli kəndində dəfn edilib. Onun iki qızı və iki oğlu var.
Faktla bağlı araşdırma aparılır.