Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.
Trend-in Türkiyə başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır.
Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə görüşəcək.