Astara rayonunda yol qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb. Belə ki, Astara rayonunun Tüləgivan kənd sakini Ədalət Mirəli oğlu Şəkərov "Ağ körpü" deyilən ərazidə yağışlı hava şəraitində yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Onun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü və iki sərnişini - 1980-ci il təvəllüdlü Müqəddəs Ələsgər oğlu Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Sultan oğlu Gülməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən sürücü yolda keçinib. M.Eyvazov Reanimasiya, C.Gülməmmədov isə Travmatalogiya şöbələrinə yerləşdiriliblər.
Ə.Şəkərovun meyiti müayinə olunmaq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.