Masallı rayonunda kişi arvadını bıçaqlayaraq öldürüb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 5-də saat 22 radələrində baş verib. Rayon sakini, 1975-ci il təvəllüdlü Nicat Şəbiyev ailə münaqişəsi zəminində yaşadıqları evdə arvadı, 1979-cu il təvəllüdlü Günay Gülverdiyevanı bədəninin bir neçə yerindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Gülverdiyeva orada vəfat edib.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ilkin istintaq hərəkətləri aparılıb. Ş.Nəbiyev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.