ABŞ Prezidenti Donald Tramp Meksikaya qarşı 500 milyard dollar məbləğində iqtisadi cərimə tətbiq etməyi planlaşdırır.
Bunu D.Tramp “Twitter” səhifəsində yazıb. O bildirib ki, bu addım Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığı ilə əlaqədardır:
“Meksikadan və cənub sərhədlərimizdən keçirilən narkotiklərə görə 500 milyard dollar iqtisadi cəriməni nəzərdən keçirirəm. Hər il 10 mindən çox amerikalı ölür, nə qədər ailələr dağılıb!”