Gəncə şəhərində qatar adamı vuraraq öldürüb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Zazalı dəmir yolu xəttinin Gəncə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Sərdar Rəsulov özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar etdiyi bildirilir. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.