Bakıda marketdən 44 manatlıq şirniyyat oğurlayan keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Ucnoqta.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən aprelin 4-də rayon ərazisindəki marketlərin birindən 44 manat dəyərində şirniyyat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılıb.
Onun axtarışda olması da müəyyən edilib.