Assanc Ekvador səfirliyindən çıxarılacaq

11:52 - 5 Aprel 2019 - DÜNYA

“WikiLeaks” saytının təsisiçisi Culian Assancı yaxın zamanda Ekvadorun Britaniyadakı səfirliyinin ərazisindən çıxaracaqlar.

Bu barədə “WikiLeaks”in “Twitter” səhifəsində məlumat yayılıb. Portala bu barədə məlumat vermiş mənbə Assancın qovulmasına “bir neçə saatın və ya günün” qaldığını əmin edir. Buna səbəb “INA papers” (INA sənədləri – tərc.) adını almış qalmaqal olub. Həmin istintaqa əsasən, prezident Lenin Moreno, onun qardaşı Edvin və baş prokurorluqdan daha üç nəfər bir neçə ofşor şirkətin yaradılmasında şübhəli bilinir.

“WikiLeaks”in yazdığını Ekvador rəhbərliyi artıq Assancın səfirlikdən çıxarılması ilə bağlı rəsmi Londonla razılığa gəlib. Altı ildən çox Ekvador səfirliyində qalan Cullian Assanc diplomatik nümayəndəliyin hüdudlarını tərk edən kimi İngiltərə polisi tərəfindən həbs olunacaq.
Bu müddət ərzində ölkə hakimiyyəti onun təhlükəsizliyinə beş milyon dollardan çox vəsait xərcləyib. O, 2012-ci ildə İsveçə ekstradisiya olunmaması üçün 2012-ci ildə Ekvador səfirliyinə sığınıb.

O, İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. 2017-ci ildə istintaqa xitam verilməsə də, Assanc onun Stokholma göndəriləcəyindən, oradan isə ABŞ-a ekstradisiya olunacağından çəkinir. Belə ki, saytda çalışdığı müddətdə Pentaqonun məxfi sənədlərini yaydığına görə ona ən pis halda ölüm cəzası verilə bilər./oxu.az

Xəbər xətti