Bərdədə körpə uşaq qaynar suyun dağılması nəticəsində xəsarət alıb.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyəhmədli kəndində qeydə alınıb. Kənd sakini Paşalı Əliheydər Köçəri oğlunun üzərinə qaynar su tökülüb. Ə.Paşalı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.