Azərbaycanlı “Qazprom” şirkətində yüksək vəzifəyə təyin olunub

20:44 - 4 Aprel 2019 - Xəbər

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib. O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.

Qeyd edək ki, F.Sadıqov 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Xəbər xətti