Yetkinlik yaşına çatmayanlara siqaret satan şəxslər cərimələnib

11:44 - 4 Aprel 2019 - Xəbər

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Aprelin 3-də DİN-in Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

​Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər xətti