Protokolların 100 faiz hesablanıb
Ukrayna Mərkəzi Seçki Komitəsi prezident seçkilərində protokolların 100 faizini hesablayıb. Hesablamaların nəticəsinə əsasən, namizədlərdən heç biri qələbə üçün lazımi sayda səs toplaya bilməyiblər.
İkinci tura seçicilərin 30,24 faiz səsini yığan aktyor Vladimir Zelenski və hazırkı dövlət başçısı Petro Poroşenko (15,95 faiz) qalıblar.
Seçkilərin ikinci turu aprelin 21-nə təyin olunub.