Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləki qəsəbə sakini 44 yaşlı Azər Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman müxtəlif plastik qablarda xüsusi aqrotexniki qaydada əkib-becərdiyi 24 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.