Türkiyədə sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb.
Ucnoqta.az yerli mətbuata istindən xəbər verir ki, hadisə Dənizli vilayətinin Çardaq rayonunda baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.
Əraziyə xeyli sayda tibb, xilasetmə və polis əməkdaşları cəlb olunub.
Yaralılar Çardaq rayon xəstəxanalarına yerləşdiriliblər.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq