İstanbulda bələdiyyə seçkiləri ilə bağlı 15 qəsəbədə etibarsız hesab edilmiş səslər yenidən sayılır.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Çatalca, Silivri və Kartal qəsəbələrində isə bütün səslər yenidən sayılacaq.
Xatırladaq ki, ümumilikdə 39 məntəqədə nəticələrlə bağlı Ədalət və İnkişaf Partiyası (AKP) dairə seçki komissiyalarına etiraz edilib.
Qeyd edək ki, hazırkı nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 48,79 faiz (4 milyon 169 min 987), Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 48,51 faiz (4 milyon 146 min 42) səs toplayıb.