İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası may ayının ortalarında yenidən fəaliyyətə başlayacaq.
Bunu Buşehr AES-nin İstismarı Şirkətinin icra direktoru Hüseyn Qəffari deyib. H.Qəffarinin sözlərinə görə, Buşehr AES-i təmirə dayandığı vaxtda stansiyanın yanacağının üçdə biri dəyişdiriləcək, həmçinin avadanlıqlar quraşdırılacaq.
AES rəsmisi bildirib ki, indiyədək stansiya 35 milyard kilovat saatdan çox elektrik enerjisini ölkənin elektrik şəbəkəsinə ötürüb. AES-in istehsal etdiyi elektrikin dəyəri 55 milyon barrel xam neftə bərabərdir. trend