Bakıda qardaş bacısını bıçaqlayıb

11:02 - 3 Aprel 2019 - HADİSƏ

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G. Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Mərdan Qədimov polis əməkdaşları tərəfindən saxlanılıb./olke.az

Xəbər xətti