Mey: "Brexit" təxirə salınmalıdır

00:20 - 3 Aprel 2019 - DÜNYA

“Brexit”in təxirə salınması üçün Avropa İttifaqına müraciət edəcəyəm”.

Bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib. O əlavə edib ki, qurumu razılaşma imzalamaqla tərk etmək krallıq üçün ən optimal variantdır. Meyin sözlərinə görə, indiki halda Lissabon sazişində yer alan 50-ci maddənin qüvvəsinin uzadılması Böyük Britaniya üçün son dərəcə vacibdir.

Xatırladaq ki, bir qədər əvvəl T. Meyin “Brexit” sazişi üzrə İcmalar Palatasında təkrar səsvermə keçirmək istəməsilə bağlı xəbərlər İngiltərə mediasının manşetinə çıxarılmışdı./report

Xəbər xətti