Xoşqədəm Hidayətqızı meyiti hissələrə bölünən Sahibin yas xərcini öz üzərinə götürdü - Foto

21:18 - 2 Aprel 2019 - Xəbər

Xəbər verdiyimiz kimi, Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyiti hissələrə bölünərək üç rayonda basdırılıb. Meyitin Mahmudov Sahib Sahibəli oğluna aid olduğu ehtimal edilir. 

Ucnoqta.az Big.az-a istinadən xəbər verir ki, həmin öldürülən gəncin Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarışa verilən Mahmudov Sahib Sahibəli oğlu olduğu ortaya çıxıb.

Aparıcı bildirib ki, bu studiyada 5 nəfərin ölüm xəbəri vermişəm: "Oğlunuz həyatda yoxdur. Güclü olun. Siz namuslu qadınsınız. Sizin bütün hüquqi işlərinizi biz öz üzərimizə götürürük. Necə lazımdırsa elə hüquqi yardım ediləcək. Sahibin bütün yas xərcini mən öz üzərimə götürürəm".

Sahibin anası Təbrizə Mahmudova aparıcı Xoşqədəm Hidayətqızından və vəkil Şəfiqə Nağıyevadan kömək istəyib: "Mənə kömək edin ki, balamın qanı yerdə qalmasın".


Xəbər xətti