Gürcüstanın Tleavi şəhərindəki orta məktəblərdən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo” “Sputniknews”a istinadən xəbər verir ki, 20-yə yaxın şagird xəstəxanaya yerləşdirilib. Zəhərlənmənin səbəbi hələlik məlum deyil. Mütəxəssislər məktəbdəki su və qidalardan ekspertiza üçün nümunələr götürüb.
Zəhərlənməmin səbəbi müəyyənləşdirilənə qədər məktəbdə dərslər dayandırılıb.