Bakıda avtobus mağazaya çırpıldı: yaralılar var - Video

11:57 - 2 Aprel 2019 - Xəbər

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. 

Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, 62 saylı sərnişin avtobusu metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında mağazaya çırpılıb.

Qəzanın səbəbləri məlum deyil. Hadisə zamanı yaralıların olduğu qeyd edilib. oxu.az

Xəbər xətti