Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkilərinin qalibi müəyyənləşib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri olub. Türkiyənin Ali Seçki Qurumunun (YSK) rəsmi açıqlamasına görə, şəhər üzrə səslərin 100 faizi sayılıb. Əkrəm İmamoğlu səslərin 48.79 faizini qazanıb.
Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir və parlament sədri Binəli Yıldırım səslərin 48.51 faizini toplayaraq, ikinci olub.
Qeyd edək ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.
YSK yekun nəticəni yaxın günlərdə açıqlayacaq. ONA