Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
Trend-in Böyük Britaniya hökümətinə istinadən verdiyi məlumata görə, Kraliça II Yelizaveta tərəfindən təyin edilən yeni səfir Ceyms Şarp bu vəzifədə diplomatik fəaliyyətdən istefaya gedən Kerol Kroftsu əvəz edəcək.
Ceyms Şarp vəzifəyə 2019-cu ilin iyul ayında başlayacaq.