ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.
Bu barədə məlumatı "Reuters" mənbəyə istinad yayıb.
Qeyd edək ki, Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Ankara proqrama 2002-ci ildə qoşulub.
Daha əvvəl ABŞ Konqresi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri tədarük etmək planlarına görə qırıcıların Ankaraya satışını dayandırmaq niyyətində olduğunu açıqlayıb./report